Gözəllik standartları illər ərzində dəyişir. 2006-cı ildə bir gözəllik anlayışı, 2016-cı ildə tamam başqa bədən proporsiyaları ön planda idi; 2026-cı ildə isə daha təbii, balanslı və fərdiliyi qoruyan görünüşə üstünlük verilir. Dr. Səidə Dəmirovaya görə əsl gözəllik trendə uyğunlaşmaq deyil, öz bədəninə və üz cizgilərinə uyğun harmoniyanı tapmaqdır.
Trendlər tez köhnəlir
Bu gün moda olan sabah köhnəlir. Estetik müdaxilələrdə əsas meyar cəmiyyətin nəyi bəyənməsi deyil, insanın özünə nəyin yaraşmasıdır.
Filtrlər və mükəmməllik təzyiqi
Sosial medianın yaratdığı mükəmməllik standartları çox vaxt komplekslərin səbəbinə çevrilir. Dr. Dəmirova xatırladır ki, gözəllik filtrlərdən asılı deyil və əsl gözəllik insanın özünü sevməsindən başlayır.
Estetik seçim əxlaq ölçüsü deyil
Botoks və digər estetik prosedurlar bəzən cəmiyyətdə yanlış şəkildə «əxlaqsızlıq» kimi damğalanır. Halbuki əxlaq insanın xarakteri, davranışı və dəyərləri ilə ölçülür, etdiyi prosedurlarla yox. Hər kəsin öz bədəni üzərində seçim hüququ var və bu seçim heç kimi daha az dəyərli etmir.
Özünə qayğı
«Sən yaşın qədər görünmürsən… Sən özünə ayırdığın zaman qədər, özünə göstərdiyin qayğı qədər, özünə olan sevgin qədər görünürsən.»
Dr. Səidə Dəmirova
Yaşlanmanı dayandırmaq mümkün deyil, lakin onu gecikdirmək və nəzarətdə saxlamaq realdır. Əsas şərt dəriyə vaxtında və düzgün yanaşmadır.